ƏMDK - İTMİM icon

1.1.2 by Hi-Tech MobApps


Feb 23, 2018

About ƏMDK - İTMİM

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi

Hesabat dövründə İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin Nizamnaməsindən və Əmlak Məsələləri Dövlət Komitəsi Sədrinin “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifə və funksiyalarının icrasına dair 2014-cü il üçün Fəaliyyət Planı” haqqında 7 yanvar tarixli, 01 nömrəli əmrindən irəli gələn vəzifələrin icrası istiqamətində fəaliyyət göstərilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi üzrə informasiya-kommunikasiya texnologiyaları strategiyasının hazırlanması, Komitə üzrə yeni informasiya sistemlərinin yaradılması və onların fəaliyyətinin əlaqələndirilməsi, Komitənin informasiya-kommunikasiya sahəsində iştirakçısı olduğu beynəlxalq layihələrdə iştirak edilməsi, Komitə üzrə mövcud informasiya sistemlərinin dəstəklənməsi və onların təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi,strukturuna daxil olan və tabeliyində olan qurumlarda, həmçinin yerli qurumlarda avtomatlaşdırılmış işçi yerlərinin yaradılması, daşınmaz əmlakın özəlləşdirilməsi və icarəyə verilməsi proseslərinin gedişi və nəticələrinə dair məlumatların hazırlanması işinin avtomatlaşdırılması, Komitənin lokal kompüter şəbəkəsinə qoşulmuş kompüterlərin vahid informasiya bazasına daxil olması imkanlarının təyin edilməsi, mövcud informasiya sistemlərinə giriş-çıxış imkanlarının verilməsi, yeni kompüterlərin lokal şəbəkəyə qoşulması təmin edilmişdir.

Əmlak Məsələləri Dövlət Komitəsi Sədrinin “Əmlak Məsələləri Dövlət Komitəsi sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və informasiya işinin təşkili sahəsində əlavə tədbirlər haqqında” 24 aprel 2012-ci il tarixli 41 nömrəli əmrilə İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinə verilən tapşırıqların icrası istiqamətində fəaliyyət göstərilərək Komitənin aparatının korporativ şəbəkəsinin təhlükəsizliyin təmin edilməsi və bu şəbəkəyə qoşulmuş fərdi kompüterlərin, eyni zamanda Komitənin ərazi şöbələrindəki fərdi kompüterlərin viruslara yoluxmasının qarşısının alınması məqsədilə müvafiq serverdə quraşdırılmış Kaspersky antivirus proqram təminatının lisenziyalarının alınaraq serverlərə və kompüterlərə yüklənməsi təmin edilmişdir. Eyni zamanda Komitənin aparatında və ərazi şöbələrində informasiya komunikasiya texnologiyalarının inkişaf etdirilməsi, kompüter texnikasına və çap qurğularına olan tələbatını ödəmək, idarəolunmasını asanlaşdırmaq və təhlükəsizliyin yüksəldilməsi məqsədilə informasiya kommunikasiya texnologiyaları avadanlıqlarının alınması və ehtiyaclara uyğun olaraq Komitənin qurumlarının kompüter avadanlıqları ilə təçhiz edilməsi təmin edilmişdir.

Azərbaycan Respublakası Prezidentinin “Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyun 2012-ci il tarixli, 654 nömrəli Fərmanının icrası ilə bağlı Komitə sistemində vahid elektron poçt ünvanlarının tətbiqi barədə verilmiş tapşırığın icrası ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin, Layihə İdarəetmə Qrupunun əməkdaşları və eyni zamanda Komitənin ərazi şöbələri emdk.gov.az domenli poçt ünvanları ilə təmin edilmişdir. Hal-hazırda Komitənin struktur bölmələri, strukturuna daxil olan və tabeli qurumlarının poçt yazışmaları emdk.gov.az domenli poçt ünvanları vasitəsilə həyata keçirilir. Bu istiqamətdə işlər davam etdirilir.

What's New in the Latest Version 1.1.2

Last updated on Feb 23, 2018

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Translation Loading...

Additional APP Information

Latest Version

Request ƏMDK - İTMİM Update 1.1.2

Uploaded by

KeVika Chhabra

Requires Android

Android 4.0+

Available on

Get ƏMDK - İTMİM on Google Play

Show More

ƏMDK - İTMİM Screenshots

Comment Loading...
Languages
Searching...
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Success!
You're now subscribed to our newsletter.