ASCO AR icon

4.4.2 by CustomAR LLC


Oct 7, 2019

About ASCO AR

Azerbaijan Caspian Sea Shipping Company

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əsası 1858-ci ildə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulmuşdur. 160 illik zəngin tarixə malik Gəmiçilik bu müddət ərzində şanlı yol keçmişdir, və bugün Azərbaycan gəmiçiliyi özündə illərin təcrübəsini, eləcə də müasir dövrün tələblərinə uyğun qurulmuş korporativ idarəetmə sistemini cəmləşdirir.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi qapalı səhmdar cəmiyyəti formasında yenidən təşkil edilmiş və öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Belə ki, həmin Sərəncama əsasən, respublikada mövcud olan iki böyük donanma – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması birləşdirilərək "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yaradılmışdır.

Hazırda, ASCO Xəzər regionunda ən böyük gəmiçilik şirkəti olmaqla, aşağıdakı istiqamətlər üzrə xidmətlər təqdim edir:

• Yükdaşımalar

• Neft sənayesinə ixtisaslaşmış ofşor xidmətləri

• Gəmi təmiri və tikintisi

• Təhsil və təlim

• Logistika ximətləri

• Quru yük limanı xidmətləri

• Agentlik xidmətləri

ASCO-nun donanmasında 16 tipdən artıq müxtəlif təyinatlı və geniş profilli, ümumi sayı 250-dən çox olan gəmilər mövcuddur. Yükdaşımaları təmin edən nəqliyyat donanmasına tanker gəmiləri, universal quru yük gəmiləri, bərələr və Ro-Ro tipli gəmilər daxildir. Neft sənayesinə ixtisaslaşmış ofşor xidmətləri təqdim edən donanmanın tərkibinə isə kran gəmiləri, sərnişin gəmiləri, lövbərdaşıyan təchizat-yedək gəmiləri (AHTSV), özül təchizat gəmiləri (PSV), yedək gəmiləri, dalğıc gəmiləri, yanğınsöndürən gəmilər, barjalar, mühəndis-geoloji gəmilər, sualtı borudüzən gəmilər, torpaqqazan gəmilər və digəriləri daxildir.

Gəmiçiliyin fəaliyyətinin şaxələndirilməsi və bir bazardan asılılığının azaldılması məqsədi ilə, 2014-cü ildən etibarən ASCO Xəzərdən kənar hövzələrdə fəaliyyətini bərpa etmişdir. Hazırda, ASCO Qara və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 14 ədəd gəmi, o cümlədən 12 ədəd quru yük gəmisi və 2 ədəd tanker istismar edir.

Bugün, ASCO fəaliyyətini Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi, ölkəmizin əlverişli coğrafi mövqeyinin və onun tranzit potensialının reallaşdırılması, eləcə də Trans-Xəzər dəhlizinin inkişaf etdirilməsi istiqamətində qurur və bu istiqamətdə ölkəmizin, eləcə də digər dövlətlərin yükdaşımalarda iştirak edən müvafiq qurumları ilə sıx əməkdaşlıq edir.

What's New in the Latest Version 4.4.2

Last updated on Oct 7, 2019

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Translation Loading...

Additional APP Information

Latest Version

Request ASCO AR Update 4.4.2

Requires Android

4.1 and up

Show More

ASCO AR Screenshots

Comment Loading...
Searching...
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Success!
You're now subscribed to our newsletter.